İstanbul İmamoğluna qaldı - <span style="color:red;">FOTO  - YENİLƏNİB
17 aprel 2019 18:19 (UTC +04:00)

İstanbul İmamoğluna qaldı - FOTO - YENİLƏNİB

Türkiyənin Ali Seçki Qurumu (YSK) bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilmiş Əkrəm İmamoğluna mandatı təqdim edib.

 

17:47

***

İstanbulda keçirilən bələdiyyə seçkisinin nəticələri rəsmiyyət qazanıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Böyük Bələdiyyə sədri CHP-nin namizədi Əkrəm İmamoğlu olub.

Əkrəm İmamoğlu hazırda İstanbul Yüksək Seçim Kuruluna dəvət edilib. İndilərdə bələdiyyə sədrliyi vəsiqəsi (mazbata) ona təqdim ediləcək. 

Qeyd edək ki, 31 martda keçirilən seçkilərdə Əkrəm İmamoğlu hakim partiyanın namizədi, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırıma qalib gəlib.

AKP İstanbulda keçirilən seçkilərdə səsvermənin düzgün sayılmaması ilə bağlı dəfələrlə etiraz verib. Etirazların bəziləri qəbul edilib və müxtəlif rayonlarda səslər yenidən sayılıb. Lakin yekun nəticədə İstanbul üzrə Əkrəm İmamoğlu 13 mindən artıq səs fərqiylə Binəli Yıldırıma qalib gəlib.

# 1134
avatar

Səlcuq Elçin

Oxşar yazılar