Qaynını bıçaqlayan qadın saxlanıldı
17 aprel 2019 14:25 (UTC +04:00)

Qaynını bıçaqlayan qadın saxlanıldı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
 
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. Kənd sakini Esmira Firudin qızı Abdullayeva qaynı Elmar Şəmşir oğlu Abdullayevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. E.Abdullayeva Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 516
avatar

Oxşar yazılar