<b>MTRŞ-dan Röyanın efirdə söyüş söyməsinə <span style="color:red;">MÜNASİBƏT </b>
17 aprel 2019 13:51 (UTC +04:00)

MTRŞ-dan Röyanın efirdə söyüş söyməsinə MÜNASİBƏT

Milli Televiziya və Radio Şurası (MTRŞ) bir sıra kütləvi informasiya vasitələrində əməkdar artist Röya Ayxanın efirdə ədəbsiz söz işlətməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ONA-ya bildirib ki, R.Ayxanla bağlı yayılan görüntülər ötən ilin birinci yarısına aid efir materialıdır.
 
Onun sözlərinə görə, monitorinqlər zamanı R.Ayxanın efirdə ədəbsiz ifadələr işlədilməsi halı aşkarlanmayıb.
 
“Belə hal baş versəydi, bu, monitorinqlərdə üzə çıxardı və müvafiq tədbir görülərdi”, - deyə T. Dadaşov qeyd edib.
# 1381
avatar

Oxşar yazılar