Azərbaycan iqtisadiyyatı artıb
17 aprel 2019 12:42 (UTC +04:00)

Azərbaycan iqtisadiyyatı artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 18 111,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
 
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məluçata görə, ÜDM istehsalının 46%-i sənayenin, 10,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5%-i tikintinin, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 16,4%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,2%-ni təşkil edib.
 
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 1 835,1 manata bərabər olub.
# 740
avatar

Oxşar yazılar