Ölkədə 1700-dən çox məhkum cəzadan azad edilib
17 aprel 2019 11:56 (UTC +04:00)

Ölkədə 1700-dən çox məhkum cəzadan azad edilib

"Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi 6 mindən çox məhkuma şamil edilib".
 
ONA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
 
R. Rzayev qeyd edib ki, onlardan 1700-dən çox məhkum cəzadan tamamilə azad edilib, 2500-dən çox məhkumun cəza müddəti azaldılıb, 390-dan çox məhkumun cəzaçəkmə müəssisənin növü dəyişdirilərək yüngülləşdirilib.
# 471
avatar

Oxşar yazılar