UEFA erməni futbolçunun Azərbaycana viza almasına yardım edə bilər
16 aprel 2019 19:02 (UTC +04:00)

UEFA erməni futbolçunun Azərbaycana viza almasına yardım edə bilər

İngiltərənin “Arsenal” futbol klubu Avropa Liqasının mayın 28-də keçiriləcək finalına vəsiqə qazansa, UEFA klubun yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana viza almasına yardım edəcək.
 
ONA-nın ESPN-yə istinadən xəbərinə görə, ilk ¼ final matçında “Arsenal” İtaliyanın “Napoli” klubunu 2:0 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, Ermənistan milli komandasının da üzvü olan 30 yaşlı Henrix Mxitaryan “Arsenal”ın “Qarabağ” (Ağdam) klubu ilə səfər matçında iştirak etməyib. 2015-ci ildə Dortmund “Borussiya”sının şərəfini qoruyan Mxitaryan Avropa Liqasında “Qəbələ”yə qarşı səfər oyununa da aparılmamışdı.
# 622
avatar

Oxşar yazılar