Smartfonlar ixtisaslaşdırılmış süni intellekt çipləri ilə təchiz ediləcək
16 aprel 2019 19:46 (UTC +04:00)

Smartfonlar ixtisaslaşdırılmış süni intellekt çipləri ilə təchiz ediləcək

2017-ci ildə “Apple” və “Huawei” şirkətləri öz aparatlarında süni intellekti dəstəkləyən ixtisaslaşdırılmış prosessorlar tətbiq ediblər: “iPhone 8” smartfonları “A11 Bionic” çipi, “Huawei Mate 10 Pro” aparatı isə “Hisilicon Kirin 970” prosessorları ilə təchiz edilib.
 
 
Lent.az “ictnews”a istinadən xəbər verir ki, 2 il sonra, demək olar, bütün çip istehsalçıları ixtisaslaşdırılmış süni intellekt çiplərindən istifadə etməyə başlayıblar. Məsələn, “Qualcomm Snapdragon 855” prosessorunda “AI Tensor Accelerator” süni intellekt sürətləndiricisinə malik “Hexagon DSP” rəqəmli siqnal prosessoru, “MediaTek” isə daxili süni intellekt imkanlarına malik çiplər təklif edir.
 
 
“Counterpoint Research” analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ildə süni intellekt texnologiyalarını dəstəkləyən təxminən 190 milyon smartfon satılıb. Mütəxəssislər hesab edirlər ki, 2022-ci ilədək 4 aparatdan 3-ü ixtisaslaşdırılmış süni intellekt prosessorlarına malik olacaqlar və belə qurğuların satış həcmi 1,25 milyarda yaxınlaşacaq.
# 738
avatar

Oxşar yazılar