[b]Un yenə UCUZLAŞDI - Bu qiymətə oldu[/b]
16 aprel 2019 16:59 (UTC +04:00)

[b]Un yenə UCUZLAŞDI - Bu qiymətə oldu[/b]

Bir neçə gün öncə istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə  imkanı yarandığı üçün “Karat Holdinq” MMC istehsal etdiyi 1 kisə 50 kq-lıq “Karmen” ununun topdansatış qiymətini aprelin 10-da 25,95 manatdan 25,45 manata endirib.
 
MMC-dən ONA-ya verilən məlumata görə, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin yenidən aşağı salınması imkanı yaradıb və bununla  əlaqədar unun topdansatış qiyməti təkrar aşağı salınaraq 1 kisə 50 kq-lıq “Karmen” ununun topdansatış qiyməti 24,95 manat müəyyən edilib.
 
Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq.
# 1205
avatar

Oxşar yazılar