<b>İranlı general 1 milyonluq "ordu"sunu itirdi</b>
16 aprel 2019 16:47 (UTC +04:00)

İranlı general 1 milyonluq "ordu"sunu itirdi

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadasının komandiri Qasim Süleymaninin rəsmi "İnstagram" səhifəsi bağlanıb.
 
ONA-nın Tehran bürosunun məlumaıtna görə,  hesab bu gün bağlanıb, lakin İran KİV-ləri general Qasim Süleymaninin adına yeni instaqram səhifəsinin açıldığını qeyd ediblər. 
 
İnstaqram hesabının bağlanma səbəbi bilinməsə də, bəzi mətbuat orqanları buna SEPAH-ın adının ABŞ tərəfindən  “beynəlxalq terror təşkilatı” siyahısına daxil edilməsinin səbəb olduğunu yazıb. 
 
Qeyd edək ki, Q.Süleymaninin  bağlanmış hesabını 1 milyondan çox insan izləyirdi.   
 
Xatırladaq ki, bundan öncə də Q.Süleymaninin səhifəsi 5 dəfə bağlanıb və yeni hesablar açılıb.
# 1030
avatar

Oxşar yazılar