Çıxarışlar elektron formada veriləcək
16 aprel 2019 14:54 (UTC +04:00)

Çıxarışlar elektron formada veriləcək

Aprelin 18-dən daşınmaz əmlakla bağlı çıxarışların elektron formada verilməsinə başlanılacaq.
 
Bu barədə aprelin 16-da keçirilən “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarışa keçid və onun xüsusiyyətləri” mövzusunda ictimai təqdimatda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib.
 
Onun sözlərinə görə, elektron çıxarışın tətbiqi vətəndaşların qeydiyyata olan marağını artıracaq və ölkədə leqal əmlakların sayını artıracaq. Qeyd edib ki, əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar müvafiq olaraq 1, 3, 7 və 10 iş günündə elektron qaydada hazırlanacaq.
 
 
(AZƏRTAC)
# 755
avatar

Oxşar yazılar