Mehriban Zəki Vyanada «Bulmuşam həqqi» deyib
16 aprel 2019 13:06 (UTC +04:00)

Mehriban Zəki Vyanada «Bulmuşam həqqi» deyib

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şair-mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə muğam gecəsi keçirilib.

 

Xalq artisti Mehriban Zəkinin Lent.az-a verdiyi məlumata görə, tədbirdə Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, tanınmış alman alimi, nəsimişünas Mixael Raynhard Ness hürufi şairin dünya ədəbiyyatındakı rolundan söz açıblar. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradıcı heyəti «Bulmuşam həqqi…» adlı ədəbi-bədii gecə də təşkil olunub.

 

Xalq artisti Mehriban Zəki İmadəddin Nəsiminin qəzəllərinə bəstələdiyi mahnıları, rübailəri tələbələri gənc aktyorlar Ziya Ağa və Mirsənan Kazımla birlikdə ifa ediblər. Muğam axşamında tanınmış qaval ustası Mahmud Salah, tarzən Emil Mirzəliyev, kamança ifaçısı Fərrux Haşımlının müşayiəti ilə Xalq artisti Gülyanaq Məmmədova Nəsiminin qəzəllərini ifa edib.

# 1113
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar