“Ayaks”ın 54 silahlı azarkeşi İtaliyadan geri qaytarılır
16 aprel 2019 12:42 (UTC +04:00)

“Ayaks”ın 54 silahlı azarkeşi İtaliyadan geri qaytarılır

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya) matçı öncəsi xoşagəlməz hadisə yaşanıb.
 
ONA-nın məlumatına görə, oyunu izləmək üçün İtaliyaya yollanan 54 hollandiyalı azarkeş yerli polis tərəfindən saxlanılıb.
 
“Ayaks” fanatlarında silah və fişəng aşkarlanıb. Bu üzdən də azarkeşlər İtaliyadan geri qaytarılacaq.
Ölkənin daxili işlər naziri Matteo Salvini sosial şəbəkədəki paylaşımında polisin xidmətini vurğulayıb:
 
“Polisin sayəsində heç kim gəlib İtaliyada qarşıdurma sala bilməz. Bizim stadionlar və şəhərlər şiddət üçün bağlıdır”.
 
Qeyd edək ki, bu gün keçiriləcək “Yuventus” – “Ayaks” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında ilk görüş 1:1 hesabı ilə nəticələnib.

 

# 733
avatar

Oxşar yazılar