Bu yollarda xətlənmə işləri aparılır
16 aprel 2019 11:48 (UTC +04:00)

Bu yollarda xətlənmə işləri aparılır

Bakı şəhəri, Xan Şuşinski küçəsində bu gün saat 12:00-dan axşam saatlarınadək, həmçinin axşam saat 22.00-dan səhər saatlarına qədər Şəmsi Bədəlbəyli və Süleyman Rüstəm küçələrinin kəsişməsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

# 569
avatar

Oxşar yazılar