[b]NAFTALAN MÖCÜZƏSİ İspaniya mətbuatında [/b]
16 aprel 2019 10:23 (UTC +04:00)

[b]NAFTALAN MÖCÜZƏSİ İspaniya mətbuatında [/b]

Fransanın "Frans-Press" agentliyinin ispan dilində versiyasında "Azərbaycanda neft həm də sağlamlıq deməkdir" sərlövhəli məqalə yerləşdirilib.
 
Məqalədə ginekoloji, uroloji və dəri, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsində istifadə edilən Naftalan neftindən bəhs olunur.
 
Qeyd edilir ki, 1980-cı illərdə Naftalan kurortu rekord sayda - ildə 70 min pasient qəbul edib.
 
Məqalədə diqqətə çatdırılır ki, 1988-ci ildə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtda Naftalan şəhərinin bütün sanatoriyaları yüz minlərlə qaçqın və məcburi köçkün üçün sığınacağa çevrilib. 2000-ci illərdə onların köçürülməsini həyata keçirən Azərbaycan hökuməti bu müalicə ocaqlarını bərpa edib və bütün binalar müasir mehmanxana obyektləri ilə əvəz olunub.
 
Sonda bildirilir ki, hazırda Naftalan şəhərində mehmanxana tipli bütöv bir sanatoriya şəbəkəsi fəaliyyət göstərir.
 
 
(AZƏRTAC)
# 863
avatar

Oxşar yazılar