<b>"Erməni və azərbaycanlı jurnalistlər Dağlıq Qarabağa səfər etsinlər" - <span style="color:red;">Məmmədyarov </b>
15 aprel 2019 18:30 (UTC +04:00)

"Erməni və azərbaycanlı jurnalistlər Dağlıq Qarabağa səfər etsinlər" - Məmmədyarov

"Ümumiyyətlə çox geniş və substantiv danışıqlar keçdi".
 
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu  Moskvada Azərbaycan mediasına müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
 
Moskvada Qarabağ münaqişəsi ilə bağlı görüşün yekunlarını şərh edən Azərbaycan XİN başçısı bunları deyib: "İlk növbədə Sergey Lavrov, mən və Zohran Mnatasakanyan üçtərərfli görüş keçirdik. Çox faydalı görüş oldu. İndiyə qədə danışıqlarda irəliləyişin olmasına imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olduğunu deyə bilmərəm. Ancaq ümumiyyətlə deyə bilərəm ki, Ermənistan tərəfi və mən bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. 2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında biz müzakirə apardıq. Əlbəttə bir görüşlə biz bütün məsələləri həll edə bilmərik. Bu günkigörüşün faydası ondadır ki, biz dərindən başa düşdük ki, hansı problemlər var və hansı problemlər aradan qaldırılmalıdır. Məsələn, statusla və təhlükəsizliklə bağlı Ermənistan tərəfi məsələ qaldırır. Biz isə ilk növbədə işğal altındakı torpaqlardan Ermənistan qoşunlarının çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırırıq. Bu dörd fikir əsasında çox dərin bir müzakirələr apardıq. Belə fikirləşirəm ki, belə bir razılığa gəldik ki, bunu davam etdirək. Çünki mən, öz tərəfimdən cənab prezidentə məlumat verməliyəm. Erməni həmkarım isə öz baş nazirinə məlumat verməlidir. Görüşdə bəzi təkliflər səsləndirilib. İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu təkliflər həm Rusiya, həm digər həmsədrlər və Azərbaycan və Ermənistan tərəfindən olan təkliflərdir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.
 
E.Məmmədyarov bu gün görüşün yekun bəyanatında qeyd olununan KİV nümayəndələrinin səfərlərinin təşkili məsələsinə toxunub: "Bu çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər Dağlıq Qarabağa səfər etsinlər. Belə bir razılığa gəldik ki, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyi təmin olunsun. İnanmaq istəyirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməsinə imkan yaradacaqlar".
# 1084
avatar

Oxşar yazılar