[b]Rusiya və NATO əməkdaşlığı tam olaraq dayandırdı[/b]
15 aprel 2019 17:23 (UTC +04:00)

[b]Rusiya və NATO əməkdaşlığı tam olaraq dayandırdı[/b]

Rusiya və NATO mülki və hərbi xətt üzrə əməkdaşlığı tam olaraq dayandırıb. ONA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko RİA Novosti-yə müsahibəsində deyib.
 
“NATO özü Rusiya ilə münasibətlərə dair pozitiv gündəlikdən imtina edib. Bu əlaqələr mövcud deyil. NATO-nin bu vəziyyətdən necə çıxacağını bilməsinə dair əlamətlər də yoxdur”,- deyə nazir müavini bildirib.
 
Rusiya XİN müavini alyansın hərbi xətlə normal işçi təmaslarını dayandırmaq qərarını absurd hesab edir.
# 592
avatar

Oxşar yazılar