De Rossi mövsümü bitirmək təhlükəsi ilə üzləşib
15 aprel 2019 16:38 (UTC +04:00)

De Rossi mövsümü bitirmək təhlükəsi ilə üzləşib

İtaliyanın “Roma” klubunun futbolçusu Daniele De Rossi mövsümü itirmək təhlükəsi ilə üzləşib.
 
ONA-nın məlumatına görə, XXXII turun “Udineze” ilə görüşündə (1:0) zədələnən 35 yaşlı yarımmüdafiəçi müayinədən keçib.
 
Paytaxt təmsilçisinin kapitanının ciddi problemi aşkarlanmayıb. Lakin De Rossinin bərpa prosesi ən azı üç həftə çəkəcək. Bu müddətin daha uzun sürməsi də istisna deyil. Əlavə testlər yarımmüdafiəçinin son turlarda meydana çıxıb-çıxmayacağına aydınlıq gətirəcək.
 
Qeyd edək ki, Daniele cari mövsüm A seriyasında 17 oyunda 1 qol vurub.
# 644
avatar

Oxşar yazılar