[b]Xamneyi Ruhaninin müraciətinə YOX DEDİ[/b]
15 aprel 2019 16:33 (UTC +04:00)

[b]Xamneyi Ruhaninin müraciətinə YOX DEDİ[/b]

İranın Ali dini lideri Əli Xamneyi prezident Həsən Ruhaninin Milli İnkişaf Fondundan sel fəlakəti ilə üzləşmiş bölgələrin əhalisinə kompensasiyalar ödəmək üçün 2 milyard dollar götürülməsi ilə bağlı müraciətinə razılıq verməyib, o, prezidentə büdcə və maliyyə məsələləri ilə bağlı detalları xatırladıb.
 
Lent.az-ın məlumatına görə, bu barədə Əli Xamneyinin rəsmi saytında xəbər dərc edilib.
 
Qeyd edilib ki, “Milli İnkişaf Fondundan istifadə yalnız digər çıxış yolu olmadıqda mümkündür”.
 
Dini lider əlavə edib ki, ilkin növbədə dövlət büdcə, bank və sığorta sistemlərindən istifadə edərək dağılmış bölgələrin yenidən qurulmasına başlamalıdır. Vəsait çatışmazlığı yaranan zaman isə Milli İnkişaf Fondundan pul götürülməsi məsələsi müzakirə edilə bilər.
 
 
Xamneyi həmçinin prezidentə büdcə vəsaitlərinin sərf edilməsi ilə bağlı xüsusları xatırladıb və ona selin dağıtdığı bölgələrdə kompensasiyaların ödənilməsi ilə bağlı “tövsiyə”lər verib.  
 
 
Qeyd edək ki, son bir ay ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Hörmüzqan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 77 nəfər həlak olub, 1076 nəfərdən çox insan yaralanaraq xəstəxanalara yerləşdirilib.
 
Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə, eləcə də infrastruktura milyardlarla dollar dəyərində ziyan dəyib. 
 
(gunaz.tv)
# 707
avatar

Oxşar yazılar