Bu qəsəbədə 2 gün işıq olmayacaq
15 aprel 2019 16:13 (UTC +04:00)

Bu qəsəbədə 2 gün işıq olmayacaq

Aprelin 16-17-də saat 10.30-dan15.30-dək Masazır Yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bu barərə Lent.az-a “Azərişıq” ASC-dən bildirilib. 
 
Verilən məlumata görə, bunula əlaqədar olaraq  Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində   elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
 
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.
# 615
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar