[b]Çay daşdı, süni gölün bəndi dağıldı[/b]
15 aprel 2019 16:03 (UTC +04:00)

[b]Çay daşdı, süni gölün bəndi dağıldı[/b]

Bəzi xəbər saytlarında “Şamaxıda bənd uçdu, kəndi su basdı” başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasian görə Bakı-Şamaxı-Yevlax yolunda aparılan işlər zamanı ərzində çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.
 
Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyininin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a bildirilib ki, hal-hazırda Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.”  şirkəti tərəfindən “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.
 
Magistral avtomobil avtomobil yolunun 105-ci km-də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox bir məsafə var.
 
"Qeyd etdiyimiz kimi balıqçılıq gölü Acıdərə çay yatağında yerləşir və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilib. Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb, çay yatağında olan süni gölün bəndi uçub.
 
Bundan başqa, çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib".
# 679
avatar

Aygün İbrahimli

Oxşar yazılar