ATU klinikasında xəstənin beynindən iri şiş çıxarıldı
15 aprel 2019 14:47 (UTC +04:00)

ATU klinikasında xəstənin beynindən iri şiş çıxarıldı

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb beyin əməliyyatı icra olunub. Əməliyyat barədə məlumat verən klinikanın Neyrocərrahiyyə şöbəsinin müdiri, assistent Fərid Qaralov Lent.az-a bildirib ki, pasiyent ciddi baş ağrıları və sol gözdəki zəifliklə bağlı onlara müraciət edib.  
 
 
Onun sözlərinə görə, 42 yaşlı pasiyentdə beynin MRT-si və  görmə testi aprılıb. Xəstənin beynində sol sfinoid qanadda - sol əsas sümüyün qanadında böyük həcmli törəmə aşkarlanıb. Bu meningiyomanın götürülməsi üçün xəstənin əməliyyatı olunmasına dair qərar verildi”. 
 
Həkim bildirir ki, əməliyyat riskli olub. Çünki əməliyyat zamanı “karotis” adlandırılan şah damarın zədələnməsi ehtimalı, böyük damar yaralanması, görmə sinirinin qopması kimi təhlükələr varmış. Lakin 5 saata yaxın davam edən əməliyyat uğurla nəticələnib. Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir, xəstə 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılacaq.
# 672
avatar

Aygün İbrahimli

Oxşar yazılar