Azərbaycanda ilk televiziya operası
15 aprel 2019 14:34 (UTC +04:00)

Azərbaycanda ilk televiziya operası

Fikrət Əmirovun “Sevil” operası əsasında tele-opera çəkilib.

Lent.az-ın məlumatına görə, operada baş rolları əməkdar artistlər Afaq Abbasova (Sevil), Ramil Qasımov (Balaş), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Babakişi), Əli İbrahimov (Atakişi), xalq artisti Əkrəm Poladov (Məmmədəlibəy), Fəhmin Əhmədov ifa edirlər.

Tele-operanın ideya müəllifi “Mədəniyyət” kanalının rəhbəri Ramil Qasımov layihənin həyata keçirilməsini mədəni sahədə böyük addım adlandırıb: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq, Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında ölkə rəhbəri sərəncam verib. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirovun “Sevil” operasını tele-opera şəkilində çəkib xalqımıza təqdim edək”.

Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı, Mədəniyyət Nazirliyi, Akademik Opera və Balet Teatrının birgə layihəsi kimi reallaşan tele-opera yüksək texnoloji avadanlıqla lentə alınıb, HD formatla çəkilib.

Tamaşanın dirijoru Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Eyyub Quliyev, baş rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

# 1317
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar