[b]20 min tona yaxın vaxtı keçmiş qida məhsulu məhv edildi[/b]
15 aprel 2019 13:05 (UTC +04:00)

[b]20 min tona yaxın vaxtı keçmiş qida məhsulu məhv edildi[/b]

“Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19508 kq qida məhsulunun məhv edilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət olunub. Bu barədə Lent.az-a AQTA-dan bildirilib.
 
Məlumata görə, AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.
 
Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.
# 569
avatar

Aygün İbrahimli

Oxşar yazılar