Azərbaycan filmi Beynəlxalq Festivalda nümayiş olunacaq
15 aprel 2019 09:48 (UTC +04:00)

Azərbaycan filmi Beynəlxalq Festivalda nümayiş olunacaq

 
Azərbaycanlı rejissorun filmi XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalının müsabiqə proqramına daxil edilib.
 
ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, rejisssor İlqar Nəcəfin "Nar bağı" filmi tammetrajlı oyun filmləri seksiyasında müsabiqəyə qatılacaq.
 
Qeyd edək ki, 2005-ci ildən etibarən hər il keçirilən Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalı bu il aprelin 24-dən 30-na kimi təşkil olunacaq. Festivalın müsabiqə proqramında 31 ölkədən 55 film iştirak edəcək.
 
# 1010
avatar

Oxşar yazılar