“Azərbaycanın opera səsləri” Moskva Dövlət Konservatoriyasında
15 aprel 2019 09:56 (UTC +04:00)

“Azərbaycanın opera səsləri” Moskva Dövlət Konservatoriyasında

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Azərbaycanın Xalq artisti, Rusiya "Böyük Teatrı"nın aparıcı solisti Dinarə Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalının açılışı olub.
 
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, festival çərçivəsində keçirilən ilk konsert “Azərbaycanın opera səsləri” adlanıb.
 
Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan konsertdə Azərbaycanın Xalq artisti, maestro Yalçın Adıgözəlov və opera müğənnisi Azər Zadə çıxış ediblər. Onları Rusiya Milli Orkestri müşayiət edib.
# 794
avatar

Oxşar yazılar