Kilsədə silahlı insident: <span style="color:red;">ölən var
15 aprel 2019 09:19 (UTC +04:00)

Kilsədə silahlı insident: ölən var

 
Kanadada naməlum silahlı şəxs kilsədə insident törədib.
 
ONA-nın verdiyi xəbərə görə, bu barədə "Global News" portalı mənbəyə istinadən məlumat yayıb.
 
Bildirilir ki, hadisə Salmon Arm şəhərindəki kilsədə baş verib. Belə ki, silahlı şəxs kilsəyə daxil olub və bir nəfəri öldürüb. Bundan sonra o, binadan çıxıb və bir qədər sonra yenidən qayıdaraq təkrar atəş açıb. Hadisə zamanı bir nəfər də xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Ətrafdakılar polis gələnədək silahlı şəxsi tutub və silahını əlindən alıblar. Həmin silahlı saxlanılıb və ifadəsinin alınması üçün polisə təhvil verilib.
# 682
avatar

Oxşar yazılar