Türk xalqlarının zirvə toplantısı İstanbulda keçiriləcək
14 aprel 2019 19:57 (UTC +04:00)

Türk xalqlarının zirvə toplantısı İstanbulda keçiriləcək

 
Aprelin 29-da İstanbulda “Türk xalqlarının iqtisadi zirvə toplantısı 2019” keçiriləcək.
 
Türk Xalqları Şurasının rəhbəri Mahmud Oral ONA-nın Türkiyə bürosuna bildirib ki, dünyadakı iqtisadi proseslər Türk dünyasına da təsir edir.
 
Zirvə toplantısında da məqsəd müstəqil türk dövlətlərindəki böyük investisiya şirkətlərinin və aidiyyatı dövlət qurumlarını rəsmilərinin bir araya gələrək durumu dəyərləndirməsi və problemin birgə həllinə nail olmaqdır. M. Oral bildirib ki, iş adamlarına müstəqil Türk dövlətləri və Balkan ölkələrinin potensialları haqqında da məlumat veriləcək: “Bu addımın da Türk birliyinə böyük qatqısı olacağını düşünürük”.
# 819
avatar

Oxşar yazılar