İran ABŞ-ın qərarı ilə bağlı bütün ölkələrə müraciət etdi
14 aprel 2019 15:36 (UTC +04:00)

İran ABŞ-ın qərarı ilə bağlı bütün ölkələrə müraciət etdi

 
İran xarici işlər naziri Cavad Zərif ABŞ-ın İran İslam İnqilabını Mühafizə Korpusunun ABŞ tərəfindən terror təşkilatları siyahısına daxil edilməsinin ciddi nəticələri olacağını bəyan edib.
 
ONA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, C. Zərif deyib ki, bu gün bütün ölkələrin xarici işlər nazirlərinə məktub göndəriləcək.
 
İran XİN rəhbəri bildirib ki, məktubda “ABŞ-ın anoloqu olmayan və təhlükəli hərəkətinin nəticələri” və ölkələrin Vaşinqtonun bu addımı ilə bağlı müəyyənləşdirməli olduğu mövqeyə dair xəbərdarlıq əksini tapacaq. C. Zərif qeyd edib ki, BMT baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına da ABŞ-ın qanunsuz hərəkəti və regionda yürütdüyü düzgün olmayan siyasəti barədə məktub göndərilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən həftənin bazar ertəsi İran İslam İnqilabını Mühafizə Korpusunu terror təşkilatları siyahısına daxil etdiyini açıqlayıb.
# 781
avatar

Oxşar yazılar