Çempion karyerasını bitirir
14 aprel 2019 11:15 (UTC +04:00)

Çempion karyerasını bitirir

 
İtaliyanın “Yuventus” klubunun futbolçusu Andrea Bartsalyi karyerasını bitirəcəyini açıqlayıb.
 
ONA-nın məlumatına görə, 38 yaşlı müdafiəçi cari mövsümün karyerasında sonuncu olduğunu bəyan edib.
 
O, bu addımı atmaq barədə çox düşündüyünü və yekunda belə qərar verdiyini bildirib. A.Bartsalyi yaşlaşdıqca zədələrin artdığını önə çəkib, onu əvəzləyə biləcək gənc oyunçuların çoxluğunu qeyd edib.
Peşəkar karyerasına 1998-ci ildə başlayan müdafiəçi “Yuventus”a keçdiyi 2011-ci ilə qədər “Askoli”, “Kyevo”, “Palermo”, “Volfsburq” kimi klublarda çıxış edib. Turin təmsilçisi ilə ardıcıl 7 çempionluq yaşayan müdafiəçi cari mövsümdə də eyni uğura yaxındır. 2004-17-ci illərdə İtaliya yığmasında 73 matça çıxan A.Bartsalyi 2006-cı ilin dünya çempionudur.
# 779
avatar

Oxşar yazılar