Azərbaycana gətirilən bu yanacaqlar gömrük rüsumundan azad edilib
14 aprel 2019 08:55 (UTC +04:00)

Azərbaycana gətirilən bu yanacaqlar gömrük rüsumundan azad edilib

 
Nazirlər Kabineti  “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
 
ONA-nın məlumatına görə, dəyişiklik reaktiv mühərriklər üçün “TC-1” markalı yanacağın, o cümlədən “KO-20” markalı işıqlandırıcı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosinin 15 faiz idxal gömrük rüsumundan azad edilməsi ilə bağlıdır.
 
Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılıb.
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə də dəyişiklik edilib. Qərar  ölkəyə gətirilən reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı işıqlandırıcı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosinin 1 tonuna 1 manat aksiz vergisi tətbiq olunmasını nəzərdə tutulur.
 
Bu qərar da 30 gün sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.
 
Qərara əsasən  reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tətbiq olunması qüvvədə saxlanılıb.
 
Xatırladaq ki, bundan əvvəl 31 yanvar 2018-ci il tarixədək Azərbaycana gətirilən “TC-1” markalı təyyarə yanacağı, “KO-20” və “KT-2” markalı kerosin gömrük rüsumundan azad olub, bu məhsulların 1 tonuna 1 manat aksiz vergisi tətbiq edilib.
 
# 901
avatar

Oxşar yazılar