Baş rolun ifaçısı məşhur seriala geri qayıdır: Balakişi Qasımovdan YENİ QƏRAR

İctimai televiziyanın rəhbəri Balakişi Qasımov aktyor Səmimi Fərhadla və “Dağıntılar altında” serialını çəkən "MediaMaster" şirkətinin rəhbəri Rüstəm Əliyevlə üçlükdə görüş keçirib. 
 
Səmimi Fərhadın Lent.az-a açıqlamasına görə, görüş səmimi və obyektiv ortamda keçib: “Mən ilk dəfə idi ki, modern rəhbər modeli gördüm. Qarşılıqlı müzakirəmizin nəticəsi olaraq, Rüstəm Əliyev bir daha ödənişdə gecikmə olmayacağını vəd etdi. Mən də öz növbəmdə, hörmətli Balakişi Qasımovun təklifinin və məni Şahmar obrazında sevib, ekran başında gözləyən tamaşaçılarımın haqqını qaytarmaq üçün, seriala geri döndüm”.
Xatırladaq ki, iki gün əvvəl saytımızda İctimai televiziyada yayımlanan “Dağıntılar altında” serialında əsas rollardan biri olan Şahmarı oynayan aktyor Səmimi Fərhad serialdan çıxması barədə xəbər vermişdik. 
Aktyor bildirmişdi ki, serialdan getmə səbəbi ona vəd olunan qonorarın vaxtlı-vaxtında ödənməməsidir. 
 
 
 
 
 
 
 

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>