Bu ölkədə 2 tona yaxın narkotik maddə AŞKARLANDI
13 aprel 2019 21:48 (UTC +04:00)

Bu ölkədə 2 tona yaxın narkotik maddə AŞKARLANDI

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində 1,92 ton narkotik maddə aşkarlanıb.
 
Bunu İranın Sistan və Bəluçestan vilayəti polis rəisi Məhəmməd Qənbəri deyib.
 
M.Qənbərinin sözlərinə görə, narkotik maddələrin ticarəti ilə məşğul olan dəstə onu iki hissəyə bölərək nəql etməyə cəhd ediblər. Polisin keçirdiyi 2 əməliyyat nəticəsində narkotik yük aşkarlanıb.
 
Əməliyyat zamanı baş verən silahlı insidentdə 2 nəfər saxlanılıb. 3 nəfər isə hadisə yerindən qaçıb.
 
(trend)
# 835
avatar

Oxşar yazılar