Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyin edilib

 
Polkovnik Məhəmməd Həsənov Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin edilib.
 
ONA-nın məlumatına görə, bunu bu gün  Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bildirib.
 
Heydər Əliyev adına hərbi liseyin bayrağı sıra meydanına gətirilərək liseyin yeni rəisinə təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov yüksək vəzifəyə təyin edilib.
 
 

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>