“Bakı Metropoliteni”ndə YENİ rabitə sistemi
13 aprel 2019 16:14 (UTC +04:00)

“Bakı Metropoliteni”ndə YENİ rabitə sistemi

“Bakı Metropoliteni” QSC-də yeni rabitə sistemi qurulur. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin işarə vermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.
 
Onun sözlərinə görə, hazırda qatar maşinisti ilə növbətçi arasında məlumatlar köhnə rabitə sistemi üzərindən, radiodalğalar vasitəsilə ötürülür: "Gələcəkdə qurulacaq yeni radiorabitə sistemi vahid şəbəkə üzərindən məlumat mübadiləsinin daha effektiv və keyfiyyətli olmasına imkan yaradacaq. Qatar radiorabitəsinin təhlükəsizliyini təmin etmək üçün qorunan tezliklərdən istifadə olunur”. 
# 902
avatar

Oxşar yazılar