Bu ölkənin parlamentində dörd ildə ilk dəfə iclas keçirilib
13 aprel 2019 15:21 (UTC +04:00)

Bu ölkənin parlamentində dörd ildə ilk dəfə iclas keçirilib

 
Yəmən parlamenti bu gün dörd ildə ilk dəfə iclas keçirib.
 
ONA “Al Arabiya”ya istinadən xəbər verir ki, iclas ölkənin cənubunda yerləşən Səyun şəhərində baş tutub.
 
Məlumata görə, 301 üzvü olan Yəmən parlamentinin iclasında 141 deputat iştirak edib. İclasda parlamentin yeni spikeri seçilən Sultan əl-Buraki vurğulayıb ki, iclas Yəmən Konstitusiyasına tam uyğun keçirilir. 
Bildirilir ki, parlamentin iclasında çıxış edən Yəmənin prezidenti Əbd Rabbo Mənsur Hadi beynəlxalq ictimaiyyəti üsyançı qrup olan hutilərə təzyiq göstərməyə çağırıb. Onun sözlərinə görə, hutilər Yəməndəki siyasi böhranın sülh yolu ilə həllinə mane olur.  
# 817
avatar

Oxşar yazılar