[b]İran Qızıl Aypara Cəmiyyətinin sədrindən Azərbaycan Prezidentinə <span style="color:red;">TƏŞƏKKÜR [/b]
13 aprel 2019 14:20 (UTC +04:00)

[b]İran Qızıl Aypara Cəmiyyətinin sədrindən Azərbaycan Prezidentinə TƏŞƏKKÜR[/b]

İran Qızıl Aypara Cəmiyyətinin sədri  Əli Əsğər Peyvəndi  Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına  bu ölkənin dağıdıcı seldən  əziyyət çəkən xalqına göndərdiyi humanitar yardımlara görə təşəkkür edib.
 
ONA-nın Tehran bürosunun müxbirinə ekskluziv açıqlama verən Əli Əsğər Peyvəndi bildirib ki, bu addım  iki xalqın qonşuluq və  dostluğunun, eləcədə Azərbaycanın İranın dərdinə şərik olmasının göstəricisidir. İki ölkə həmişə bir-birinin yardımına tələsir”.
 
O bildirib ki, Azərbaycan Respublikası tərəfindən yardım məhsulları ilə dolu 17 yük maşını İrana təhvil verilib: “Bu, nəzərəçarpacaq qədər yardım deməkdir.  Hazırda Azərbaycandan göndərilən humanitar  yardımlar Lorestan və Gülüstan əyalətlərinə göndərilir“.
İran Qızl Aypara Cəmiyyətinin sədri qeyd edib ki, son günlər baş verən dağıdıcı sel   ölkənin 31 əyalətinə ziyan vurub.  İndiyədək  80 nəfər həyatını itirib: “Hazırda bütün gücümüzlə seldən əziyyət çəkənlərə yardım etməyə çalışırıq.  Bəzi bölgələrdə hələ də sel və daşqınlar baş verir. ABŞ-ın sanksiyasına görə indiyədək edilmiş yardımlardan bir dollar belə nağd vəsait əldə edə bilməmişik.  Müxtəlif ölkələrdən edilən yardımlar yalnız humanitar yardımlardır və nağd vəsait olmayıb.  Hazırda nağd yardımların əldə olunmasında yaranmış problemin həlli ilə bağlı müzakirə aparırıq”.
# 917
avatar

Oxşar yazılar