1 milyard avroluq MÜQAVİLƏ  -“Adidas” və “Real”
13 aprel 2019 14:13 (UTC +04:00)

1 milyard avroluq MÜQAVİLƏ -“Adidas” və “Real”

İspaniyanın “Real” klubu texniki sponsoru “Adidas”la yeni müqavilə imzalayacaq.
 
ONA-nın məlumatına görə, anlaşma 10 il müddətinə uzadılacaq.
 
Tərəflər arasında müqavilənin məbləği 1 milyard avro təşkil edəcək. Şirkət hər il üçün 100 milyon avro ödəyəcək.
Qeyd edək ki, “Barselona” texniki sponsoru “Nike”dan ildə 155, “Mançester Yunayted” isə “Adidas”dan ildə 94 milyon avro alır.
# 675
avatar

Oxşar yazılar