"15 metro vaqonu və 3 qatar əsaslı təmir olunub" - Rəis
13 aprel 2019 13:07 (UTC +04:00)

"15 metro vaqonu və 3 qatar əsaslı təmir olunub" - Rəis

2017-ci ilin noyabr ayından indiyədək 15 vaqon və 3 qatar əsaslı təmir olunub.
 
ONA-nın xəbərinə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin Vaqonların əsaslı təmiri xidmətini rəisi Kamran İsmayılov bildirib.
 
Onun sözlərinə görə, 2013-ci ildən 2015-ci ilədək 30 vaqon, 6 qatar əsaslı təmir üçün Moskvanın "Zrebs" filialına göndərilib.
"Bunlardan 5 qatar əsaslı təmir, 1 qatar işə orta təmir olunub. Əsaslı təmir üçün qatarın qaçışı 2,8 milyon kilometr olmalıdır", -  K. İsmayılov qeyd edib.
# 849
avatar

Oxşar yazılar