Sadio Mane ayın futbolçusu seçildi
13 aprel 2019 09:45 (UTC +04:00)

Sadio Mane ayın futbolçusu seçildi

 
İngiltərə Premyer Liqasında ayın ən yaxşı futbolçusu müəyyənləşib.
 
ONA-nın məlumatına görə, “Liverpul”un hücumçusu Sadio Mane martın ən yaxşısı seçilib.
 
27 yaşlı seneqallı ötən ay keçirdiyi 5 çempionat oyununda üç qol və bir məhsuldar ötürməyə imza atıb. O, səsvermədə digər namizədlər – Endryu Robertson (“Liverpul”), Bernardu Silva (“Mançester Siti”), Şeymus Koulmen (“Everton”), Ceymi Vardi (“Lester”) və Ceyms Uord-Prouzu (“Sauthempton”) qabaqlayıb.
# 634
avatar

Oxşar yazılar