<b>Avropa Liqasında həftənin futbolçusu müəyyənləşdi</b>
12 aprel 2019 18:07 (UTC +04:00)

Avropa Liqasında həftənin futbolçusu müəyyənləşdi

Avropa Liqasında həftənin futbolçusu müəyyənləşib. 
 
ONA-nın məlumatına görə, Portuqaliyanın “Benfika” klubunun futbolçusu Joao Feliks 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşısı seçilib.
 
19 yaşlı portuqaliyalı Almaniyanın “Ayntraxt” klubu ilə ev oyununda het-trik müəllifi olub. Turnirin tarixinə ən gənc het-trik müəllifi kimi düşən J.Feliks UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib adını qazanıb.
 
Qeyd edək ki, “Benfika” ev oyununda 4:2 hesabı ilə qələbə qazanıb.
# 870
avatar

Oxşar yazılar