[b]Yeni “Wi-Fi”-da boşluqlar: “Dragonfly”[/b]
12 aprel 2019 19:59 (UTC +04:00)

[b]Yeni “Wi-Fi”-da boşluqlar: “Dragonfly”[/b]

2017-ci ildə Meti Vanhof və Eyal Ronen müasir “Wi-Fi” şəbəkələrində istifadə olunan “WPA2” protokolunda bir sıra kritik boşluqlar aşkar etmişdilər. Boşluqlar “KRACK” (Key Reinstallation Attacks) kimi adlandırılmışdı.
 
Lent.az ictnews-a istinadən xəbər verir ki, indi həmin mütəxəssislər ən yeni “WPA3” protokolunda təhlükəli boşluqlar aşkar ediblər.
 
“Dragonblood” adlı boşluqlar rabitə qurulması mexanizmindən istifadə edir. “WPA3” protokolunda mexanizm “Dragonfly” adlanır və indiki ana kimi ən etibarlı və təhlükəsiz hesab edilirdi.
 
“Wi-Fi Alliance” qeyri-kommersiya təşkilatı artıq “Dragonblood” haqqında məlumatlıdır.
# 754
avatar

Oxşar yazılar