ABŞ dövlət katibindən Çin və Rusiyaya qarşı <span style="color:red;">İTTİHAM
13 aprel 2019 10:51 (UTC +04:00)

ABŞ dövlət katibindən Çin və Rusiyaya qarşı İTTİHAM

 
ABŞ-ın dövlət katibi Mayk Pompeo Çin və Rusiyanı Venesuelada vəziyyəti gərginləşdirməkdə ittiham edib.
 
ONA xəbər verir ki, bu barədə dövlət katibi Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Çili prezidenti Sebastyan Pinyero ilə görüş zamanı bildirib.
 
Onun sözlərinə görə, Çinin prezident Nikolas Maduronun hökumətini maliyyələşdirməsi Venesueladakı böhranın uzanmasına səbəb olur. O bildirib ki, Çin Venesuelaya 60 milyard dollardan çox sərmayə qoyub: “Çin və digərləri Venesuelanın daxili işlərinə qarışmamağa səsləyir, amma onların maliyyə müdaxiləsi bu ölkənin dağıdılmasına yardımçı olub”. 
 
Dövlət katibi həmçinin Rusiyanın Kuba, Nikaraqua və Venesuela liderləri ilə münasibətlərini tənqid edib. “Venesuelada hərbçilərin yerləşdirilməsi və təhsil mərkəzinin açılması açıq-aşkar təxribatdır. Biz Rusiyaya ölkədə mövcud olan onsuz da təhlükəli vəziyyəti gərginləşdirməyə icazə verməməliyik”, - deyə M.Pompeo qeyd edib. 
# 809
avatar

Oxşar yazılar