[b]Azərbaycandakı xarici diplomatlara YENİ HÜQUQ verildi[/b]
12 aprel 2019 14:25 (UTC +04:00)

[b]Azərbaycandakı xarici diplomatlara YENİ HÜQUQ verildi[/b]

Azərbaycandakı xarici diplomatların manatda bank hesabı açmaları və bank əməliyyatları aparmalarına dair prosedur müəyyənləşib.
 
ONA-nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
 
Dəyişikliyə əsasən, artıq qeyri-rezidentlər müvəkkil banklarda milli valyutada açdıqları hesablardan rezidentlərin milli valyutada olan bank hesabları üzrə əməliyyatların aparılması qaydalarına uyğun olaraq istifadə edə bilərlər.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, qeyri-rezident aşağıdakılardır:
 
- Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
 
- Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
 
- məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
 
- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.
# 762
avatar

Oxşar yazılar