AÇ-2019: 3 güləşçimizdən biri 3-cü oldu
11 aprel 2019 21:17 (UTC +04:00)

AÇ-2019: 3 güləşçimizdən biri 3-cü oldu

 
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşi üzrə 5 dəst medal öz sahibini tapıb.
 
ONA-nın məlumatına görə, Azərbaycan güləşçiləri günü 1 mükafatla bitiriblər. 
 
Belə ki, təmsilçilərimizdən Elmira Qəmbərova (59 kq) çıxışını bürünc medalla başa vurub. O, üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Angelina Lisakı 11:6 hesabı ilə məğlub edib.
Ondan fərqli, Türkan Nəsirovanın (50 kq) və İrina Netraba (68 kq) medalın bir addımlığında büdrəyiblər. 
 
T. Nəsirova bürünc medal uğrunda görüşdə türkiyəli Evin Demirhana 3:10 hesabı ilə uduzub. İ. Netraba isə 3-cü yer uğrunda görüşdə Anna Franssonla (İsveç) bacarmayıb - 2:5.
 
Qeyd edək ki, sabah keçiriləcək yarışda daha 3 qadın güləşçimiz medal üçün xalçaya çıxacaq. 
# 672
avatar

Oxşar yazılar