[b]Türkiyədən Fransaya SƏRT TƏPKİ[/b]
11 aprel 2019 19:26 (UTC +04:00)

[b]Türkiyədən Fransaya SƏRT TƏPKİ[/b]

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun  Fransa prezidenti Emmanuel Makronun 24 apreli anma günü elan etməsi barədə qərarına sərt reaksiya verib. 
 
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fəxrəddin Altun “twitter” hesabında bu sözlərlə Fransaya sərt təpki verib: “Fransa prezidenti Emmanuel Makronun 24 apreli anma günü elan etməsi populizm və böyük bir qeyri-sabitlik nümunəsidir”.
 
Qeyd edək ki, Türkiyənin Xarici işlər naziri Mövlüd Çavuşoğlu da Fransanın qalmaqallı qərarından sonra fransalı həmkarı Jean-Yves Le Drian ilə telefonla danışıb.

 

# 947
avatar

Oxşar yazılar