[b]"Çox şadam ki, təmaslar davam edir"- ABŞ səfiri[/b]
11 aprel 2019 18:29 (UTC +04:00)

[b]"Çox şadam ki, təmaslar davam edir"- ABŞ səfiri[/b]

“Mən çox şadam ki, tərəflər arasında təmaslar davam edir və növbəti görüşün vaxtı təyin olunub”. 
 
ONA-nın məlumatına görə, bunu ABŞ Azərbaycandakı səfiri Erl Litzenberqer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara münasibət bildirərkən deyib.
 
“Həmsədrlərin məqsədi tərəflərin bir araya gəlib, onları bir-birindən aralı salan fikir ayrılıqlarının üzərində işləyərək irəli getməsi üçün lazımi mühitin, şəraitin yaradılması və dəstəyin göstərilməsidir”, - deyə E. Litzenberqer vurğulayıb. 
 
Diplomat qeyd edib ki, məqsəd sülhə nail olmaqdır: “Bu mesaj özü də bir bəşəri, sərhədləri, xalqları aşan mesajdır”. 
# 594
avatar

Oxşar yazılar