<b>Divara pərçimlənmiş 6 milyon cəsəd - <span style="color:red;">CATACOMBS  </b>
11 aprel 2019 21:00 (UTC +04:00)

Divara pərçimlənmiş 6 milyon cəsəd - CATACOMBS

Parisin mərkəzində yerləşən kiçik bir quruluşa malik ev o qədər də diqqət çəkmir. Lakin bu balaca “koma”nın kiçik qapısından içəri girdikdə üzünə tam fərqli böyük bir dünya açılır - yeraltı məzarllıq - Catacombs 
 
Lent.az xəbər verir ki, Catacombs (catacombs) tərcümədə yeraltı qəbiristanlıq mənasını kəsb edir. Parisə səfər edən turistlər üçün bura ən maraqlı yerlərdən biridir. 
 
Burada divarlara hörülmüş insan kəllələri, cəsədlər nə anlamı verir? 
 
Yeraltı məzarlıq qədim daş ocaqlarından biridir. İlk baxışda buranı dolandıqca sanki kilometrlərlə yol qət etdiyini düşünürsən. Lakin normalda bütün günü məzarlığı dövrə vursan yalnız iki kilometr gəzmiş olursan. 
 
Bir məqamı da qeyd edək ki, 6 milyon insanın cəsədilə “bəzədildiyi” deyilən məzarlıq əslində 250 kilometrə qədər uzanır. Yalnız ziyarətçilər üçün 2 kilometri açıqdır. Elə nöqtələr də var ki, oradan digər sahəyə keçid qadağandır. 
 
Tuneldə havanın temperaturu təxminən 15 dərəcədir.
 
Ən dəhşətlisi tuneldə yolboyu səni “izləyən” divarlara pərçimlənmiş insan cəsədləridir. Onlara baxdıqca bir anlıq dşünürsən ki, “İlahai, insan da insana qarşı bu qədər qəddar ola bilərmi?”.
 
Lakin yeraltı məzarlığın necə meydana gəlməsi barədə məlumat əldə etdikdə hər şey ortaya çıxır. 
 
Bunu bilmək üçün ilk növbədə Catacombs haqda hekayəni öyrənək:
 
Yüz illər boyunca Parisin bir çox bölgələrindən ölülər bura yaxın ərazilərdə basdırılırdı. Ərazidə o qədər cəsəd basdırılmışdı ki, hətta epidemiya qaynağına çevrilmişdi. İş bu yerə çatanda qəbiristanlığın ləğv edilməsinə kütləvi tələblər başladı. Şəhər sakinlərinin haqlı şikayətləri nəzərə alınaraq 9 noyabr 1785-ci il tarixində ərazinin boşaldılması – qəbiristanlığın ləğv edilməsi barədə qərar verilir.
 
Boşaldılan ilk qəbiristanlıq - o zamanlar bugünkü Chatelet ilə Chatelet-Les Halles arasında, indiki Forum des Halles-in qərb tərəfindəki bölgə oldu. 
 
Cimetiere des INNOCENTS,  yəni “məsumlar qəbiristanlığı” adlanan ərazilərdən də köçürülmələr oldu… 
 
Və beləliklə zaman-zaman Catacombes-in – Yeraltı məzarlığın özülü qoyuldu. 
 
Əslində buranı “Sənət əsəri” də adlandırmaq olar. Sanki qəbiristanlıqda sadəcə sümüklər qəbiristanlıq məntiqilə deyil, xüsusi bir zövqlə, bədii bir üslubla “basdırılıb”. 
 
İllərdir ki, burada saxlanılan sümüklərə xüsusi qulluq göstərilir, başqa sözlə desək, insan cəsədlərinə hörmətlə yanaşılır. 
 
Məzarlıq Parisin elə bir nöqtəsində yerləşir ki, istənilən nəqliyyat vasitəsilə (avtobus, metro və s.) bu ünvana gəlmək mümkündür. 
 
Lakin bu ünvana gəlməklə hər şey bitmir – ziyarət üçün ən azı səbrli olmaq da tələb olunur. Çünki içəriyə fasilələrlə 200 nəfərlik qrup şəklində buraxılır. 
 
Catacombs bazar ertəsi istisna olmaqla həftənin hər günü saat 10:00-dan 20:00-a qədər ziyarətçilərinin üzünə açıqdır. 
 
Yeri gəlmişkən, qeyd edək ki, məzarlığda olarkən yalnız ziyarətçilər üçün ayrılmış ərazilərdə gəzin. Qadağan olunmuş ərazilərə keçid etmək fikrinə düşsəniz, geriyə dönüş müşkülə çevriləcək. 
 
Yaxın günlərdə elan edilmiş qadağalara məhəl qoymayan üç gəncin başına belə bir hadisə gəlmişdi. 
 
Fransanın AFP xəbər agentliyinin yaydığı məlumta görə, 16-17 yaşlarında olan 3 yeniyetmə tunelin daha dərinlərinə getmək qərarına gəlir…
 
Bir müddət sonar xüsusi təlim görmüş itlərin köməyilə onların axtarışına başlanılır. Axtarış 4 saatdan sonar nəticə verir. Gənclərin gəldiyi yolu azdıqları məlum olur. Səhhətlərində heç bir problem yaşanmayıb.
 
# 1171
avatar

Oxşar yazılar