Avropa çempionu Azərbaycan millisinə gəlmədi
11 aprel 2019 13:03 (UTC +04:00)

Avropa çempionu Azərbaycan millisinə gəlmədi

Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatdan qızıl medal qazanan bolqarıstanlı ağırlıqqaldıran Bojidar Andreyevlə bağlı maraqlı məqam üzə çıxıb. 
 
ONA-nın məlumatına görə, 22 yaşlı idmançı bir neçə il öncə Azərbaycan millisindən dəvət alıb.
 
Məşhur mütəxəssis Plamen Bratoyçevin yetirməsi 250 min ABŞ dollar qarşılığında vətəndaşlığını dəyişməyə razı olmayıb. Batumidə Avropa rekordunu yeniləyən atlet həmin imtinanın səbəbini Bolqarıstana olan sevgisi ilə bağlayıb. 
 
73 kq çəki dərəcəsində qitənin ən güclüsü bildirib ki, hələ uğurları irəlidədir. 
 
Qeyd edək ki, millimizi bolqarıstanlı mütəxəssislər Yanko Rusev və Zlatko Vanevin çalışdırdığı müddətdə onların həmyerliləri də komandamıza cəlb olunurdu. Yığmamızı seçən balkanlılardan bəziləri ölkələrinə yollansalar da, Boyanka Kostova hələ də Azərbaycan adına yarışır. 
 
# 722
avatar

Oxşar yazılar