14 əyalət sel altında qala bilər
11 aprel 2019 11:32 (UTC +04:00)

14 əyalət sel altında qala bilər

 
İranda sabahdan 14 əyalətdə sel və daşqınlara səbəb ola biləcək yağışların yağacağı haqqında xəbərdarlıq edilib.
 
ONA-nın Tehran bürosunun məlumatına görə, İran Meteorologiya Təşkilatı bildirib ki,  cümə günündən etibarən ölkə ərazisində 3 gün müddətinə güclü yağışlar yağacaq.
 
Təşkilat yağışların sel və daşqınlara səbəb ola biləcəyini açıqlayıb.
 
Məlumata görə, güclü yağışlar əsasən Mazandaran, Gülüstan, Buşehr, Fars, Qum, Yəzd, İsfahan Hürmuzqan, Kirman və Sistan və Bəluçistan əyalətlərində yağacaq.
 
Qeyd edək ki, ötən ayın ortalarından başlayan daşqınlar nəticəsində İranda 1900 rayon, qəsəbə və kənd su və palçıq altında qalıb. 80-ə yaxın insan həyatını itirib, 800-ə yaxın insan isə yaralanıb. Təxminən 100 min nəfər dövlət tərəfindən yaradılan sığınacaqlara yerləşdirilib. Kənd təsərrüfatı sahələrinin su altında qalması səbəbindən 10 minlərlə heyvan tələf olub. Leysan 16 əyalətdə 731 min hektar kənd təsərrüfatı sahəsinə zərər vurub. Ölkə infrastrukturuna dəyən ziyan 150 milyon dolları keçib.
# 731
avatar

Oxşar yazılar