<b>Röya məktəbli qızın intiharından danışdı: <span style="color:red;">“Mən də belə böyüdüm” </b>
11 aprel 2019 09:54 (UTC +04:00)

Röya məktəbli qızın intiharından danışdı: “Mən də belə böyüdüm”

Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü barədə danışıb. Lent.az-ın məlumatına görə, ifaçı iddia edir ki, videoda Elnenaya suallar verən Xalidə adlı xanımdır:
 
 
 “Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir – Səbail rayonu icra başçısının müavinidir. Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya aparmaq əvəzinə, şəraiti soruşursunuz. Mən də belə böyüdüm. Beşinci sinifdə məktəb direktorunun ayaqabbısını geyinib, dərsə getdim. Çox şükür ona və o günə. Boşanan ailənin qızı idim. Çox şükürlər olsun ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb, şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz məcbur edirsiniz”.
 
Qeyd edək ki, hadisə 4 apreldə baş verib. Elina Hacıyevanın ona qarşı məktəbdə edilən təzyiqlərdən sonra intihar etdiyi iddia edilir. Məsələ ilə bağlı məktəbin direktoru Sevinc Abbasova işdən çıxarılıb. İstintaq davam edir.
# 1911
avatar

Yalçın UĞUR

Oxşar yazılar